İngiltərə kraliçası Viktoriyа Sultan Əbdülməcidə İstanbuldа bir kilsə tikdirmək istəyini bildirdi

Tarix
İngiltərə kraliçası Viktoriyа Sultan Əbdülməcidə İstanbuldа bir kilsə tikdirmək istəyini bildirdi.
Əbdülməcid bu istəyini qəbul etdi, ingilislərə Tunel ilə Tophanə arasında yer verdi. Kilsənin tikintisi 10 il çəkdi.
1868-ci il oktyabrın 22-də kilsə ibadətə açılacaqdı.
Sultan Əbdülməcid vəfat etmiş, taxta Sultan Əbdüləziz çıxmışdı. Kraliça Viktoriya kilsənin açılışı münasibətilə Əbdüləzizə ən müasir bir avtomobil hədiyyə etdi. Osmanlı sarayından bir nəfərə də avtomobil sürməyi öyrətdilər. Bu, İstanbulun gördüyü ilk avtomobil idi.
Lakin bir problem ortaya çıxdı: xalq avtomobili görəndə şeytan görmüş kimi qaçırdı; qaçanların ən önündə də mədrəsə müəllimləri və tələbələri olurdu. “Zatü’l-Hərəkə” (Öz-özünə hərəkət edən zat) deyilən bu vasitənin “şeytan işi olduğu” xəbəri qulaqdan-qulağa bütün İstanbula yayıldı.
Bundan narahat olan Sultan Əbdüləziz Şeyxülislam Hacı Məhəmməd Rəfiq Əfəndidən fətva istədi. Ancaq Şeyxülislam həftələrlə yuxusuz qaldı, ayələrdə, hədislərdə mövzu ilə bağlı bir dəlil axtardı, tapa bilmədi…
Nəhayət “Bu avtomobil şeytan işidir” fətvasını verdi və avtomobil dənizə atıldı.
Bu fətvadan sonra İstanbula 40 il avtomobil girmədi. Bəzi varlılar, xüsusilə yəhudilər gizlicə avtomobil gətirdilər, amma II Əbdülhəmid “Yollar xarab olar, qəzalar baş verər” qorxusu ilə bu avtomobillərin istifadəsinə qadağa qoydu.
Görəsən, Əbdülhəmid Şeyxülislam Hacı Məhəmməd Rəfiq Əfəndinin “şeytan işi” fətvasındanmı qorxmuşdu?
Sükan arxasına keçdiyinizdə “Osmanlını kim yıxdı?” sualı ağlınıza gəlsə, verdiyimiz bu məlumatları xatırlayın.
Osmanlını Qərb yıxmadı, İttihadçılar yıxmadı, yəhudi bankirləri yıxmadı – məhz bu tərəqqiyə, elmə qapalı, mədrəsələrində təbiət elmləri olmayan dini fanatizmin yer aldığı zehniyyət yıxdı.
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir