Sürücülərə tövsiyələr: DİN

Cəmiyyət
Qəza baş verəndə yolun hərəkət hissəsini bloklamayın, avtomobili kənara çəkin.
Yol-nəqliyyat hadisəsi baş verdiyi anda sürücülərin əsas məqsədi nəqliyyat axınının bərpası və əlavə qəzaların qarşısının alınmasıdır. Qəza nəticəsində maddi ziyan olsa da, avtomobillərin yolun ortasında saxlanması tıxaclara, digər nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşmasına və əlavə təhlükələrin yaranmasına səbəb olur.
Sürücülərə tövsiyələr:
• Maddi ziyanla nəticələnən qəzada əvvəlcə avtomobilin foto və videosunu çəkin, sonra isə mümkün olduğu halda dərhal yolun kənarına çəkin.
• Hadisə yerinə yol polisi çatana qədər fövqəladə dayanma işıq siqnallarını yandırın və qəza dayanma nişanı qoyun.
Yalnız bu qaydalara əməl etməklə hərəkətin fasiləsizliyi təmin edilir və bütün hərəkət iştirakçılarının təhlükəsizliyi qorunur.
araba ve yol görseli olabilir
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir