Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçirib. Tədbirlər nəticəsində 40 yaşlı Mahir Atəşrus saxlanılıb.
Onun üzərindən və çantasından 18 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb. Araşdırmalarla müəyyən olunub ki, şəxs xarici ölkə vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilib və narkotikləri maddi qazanc qarşılığında Bakı şəhərinə çatdırmağa razılaşıb.
Faktla bağlı cinayət işi başlanılıb, şübhəli şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

https://www.youtube.com/watch?v=kWDYHRQit_E
MUASİRMEDİA.AZ