Qazaxıstan Milli Qvardiyanın Baş Komandanı,ölkəmizdə səfərdədir

ölkə
Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini – Milli Qvardiyanın Baş Komandanı, general-mayor Ansaqan Baltabekovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkə arasında əməkdaşlığın dövlət başçılarının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dərinləşdiyi, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsi sahələrində mühüm addımlar atıldığı vurğulanıb.
Qonaqlar səmimi qarşılanmaya görə təşəkkür edib, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyini bildiriblər.
Səfər çərçivəsində nümayəndə heyəti Daxili Qoşunlar və polis orqanlarının fəaliyyəti ilə tanış olub.

MM.AZ