Növbəti iki il ərzində Azərbaycanda süni yağış texnologiyasından istifadə edilməsi nəzərdə tutulur.
2026-cı ildə müvafiq sahədə pilot layihə həyata keçiriləcək və ərazilər müəyyənləşdiriləcək.
2026-cı ildə müvafiq sahədə pilot layihə həyata keçiriləcək və ərazilər müəyyənləşdiriləcək.
Qeyd edək ki, BƏƏ əmirlikləri, süni yağış texnologiyasını inkişaf etdirən və tətbiq edən öncül ölkələrdən biridir. Dubayda ölkənin üstündən uçan buludlara manipulyasiya etmək üçün əsasən iyodlu gümüş və elektrik şarjı metodlarından istifadə edilir.
Təyyarələr və xüsusi dronlar vasitəsilə bu maddələr atmosferə buraxılır. Bu maddələr, buludların içindəki su damcılarını daha böyük hala gətirərək yağışın düşməsini sürətləndirir.
Bəzi hallarda, elektrik şarjı istifadə edilir ki, bu da buludların içindəki su damcılarını cəlb edərək, onların birləşməsini və yerə düşməsini asanlaşdırır. Bu üsul daha təbii bir yağış təsiri yaradır.

MUASİRMEDİA.AZ