Türklərdə hamam və ətir mədəniyyəti

Dünya
XVIII əsrdə Paris, London kimi Avropa şəhərlərində tualet tamamilə olmayıb.
Dünyada indi məhşur olan Fransız ətirlərinin yaranma səbəbi 18-ci əsrə qədər başda Paris olmaqla bir çox Avropa şəhərlərində tualet mədəniyyətinin yox olmaması ilə bağlıdır. Paris, London kimi Avropa şəhərlərində tualet tamamilə olmayıb.
Əlyazmalara görə, saray əyanları və monarxlar öz təbii ehtiyaclarını harda gəldi – parklarda, həyətin küncündə, balkonlarda ödəyiblər. Avropa tualet mədəniyyəti orta əsrlərdə gigiyenanın aşağı səviyyədə olmasından, kimyəvi çirkabdan və saraylardakı xüsusi tualetlərin yalnız zadəganlar tərəfindən istifadə edilməsindən başlayır.
Fransızların qürur mənbəyi sayılan Versal sarayının ilk binasının tikintisinə 1661-ci ildə başlanıb və daha sonra müxtəlif illərdə genişləndirilib. Hazırda saray muzey kimi fəaliyyət göstərir. 1768-ci ilə qədər tualet və ya vanna otaqlarının olmayıb burada. Bunun səbəbi o dövrdə zadəgan anlayışına görə, onların istədiyi yerdə ehtiyaclarını qarşılamaları idi.
Bir neçə müddətdir ki, Fransa və Avropa sosial media seqmentində Türk millətini barbar adlandırılması ilə bağlı yazılanlara cavab olaraq bildirmək istəyirəm ki, 1667-ci ildə Osmanlıda “Tualet Vəqfi” qurulduğu halda, Avropada tualetlər məlum deyildi. Türkiyədə, Van şəhərində eramızdan əvvəl 8-ci əsrə aid tualet qalıntısı tapılmışdır ki, bu gün istifadə edilən tualetlərə bənzərdir.
Hətta Osmanlı İmperiyasının xüsusi “qoxu polisi” var idi. İstanbulun bəzi ərazilərində mühafizəçilər küçələrə xoşagəlməz qoxuların yayılmamasına diqqət yetiriblər: çürük yeməklər, çirkli otaqlar və ya güclü tüstü olan istehsalat müəssisələri daima yoxlanırdı. Osmanlılar havanın təmizliyinə böyük əhəmiyyət verirdilər, çünki bunu xalqın sağlamlığının və mənəvi rifahının bir hissəsi hesab edirdilər. Hətta məscidlərdə atmosferi xoş etmək üçün tez-tez aromatik yağlar və ya buxur paylanırdı.
Bu, Osmanlı mədəniyyətində buxur, sabun və hamam (hamam) kultunun niyə bu qədər inkişaf etdiyini izah edir.
Azərbaycanda hamamı həmişə mədəniyyət məkanı, sanitar və gigiyenik baxımdan təmizliyə qovuşmaq yeri hesab edir.Keçmişdə hamama getmək böyük bir mərasim idi. Orta əsrlərdən etibarən Azərbaycanda kişi ictimai hamamları ilə yanaşı, qadın hamamları da yaradılıb. O zamandan sonra evlənməzdən öncə izdivaca girənlərin hamama getməsi adət-ənənəyə çevirilib.
Azərbaycan hamam mədəniyyəti ənənəvi olaraq saflıq, ünsiyyət və sosiallaşma mərkəzi olub, burada insanlar bir araya gələrək müxtəlif söhbətlər edir, çay içir, sağlamlaşır və gündəlik həyatın stressindən uzaqlaşırdılar. Həmçinin, bəzi hallarda inanc və dini ritual məqsədlər üçün də istifadə edildiyi, Hacı Banu, Çökək hamam kimi tarixi memarlıq abidələrinin olduğu da məlumdur.
Əsasən, Bakı, Naxçıvan, Şəki, Şuşa və Gəncə hamamları qədimliyi və memarlığı ilə seçilib. Bizdə hamamın içi (yəni prosesin özü) mədəniyyətdirsə, özü də memarlıq nümunəsidir, tarixdir. Azərbaycanda da hamam sağlamlıq, təmizlik, rahatlığın əsas yeri kimi görülüb.
Hazırda ən qədim hamam abidələrindən biri Nardaranda yerləşir və onun ilk tikilmə tarixi 1388-ci ilə aiddir. Qum hamamı yaxud Xan hamamı kimi tarixdə qalıb buranın adı. Bu barədə Milli Azərbaycan Tarixi Muzeyinin “Hamam mədəniyyəti” adlı iki dildə kitab-alboma baxıb ətraflı bilgi almaq olar. (Bakı: “Təhsil”, 2022, 128 s)
Qədim türklərdə və Azərbaycan coğrafiyasında müxtəlif bitkilərdən alınan ətirlər olanda Avropada bu barədə məlumat heç yox idi. Bunlar tüstü formasında hazırlanan ətirlər olub. Qısa zamanda isə ağ maye halında hazırlanmağa başlayıb. Tərkibində yasəmən, səndəl ağacı, əmbər kimi bitkilər olan qoxular barədə Avropa səyyahlarının əsərlərində kifayət qədər məlumat var. Ona görə Türklərə barbar kimi baxan Avropalılar tarixi yaxşı oxusalar yaxşıdır. Bu gün Türk dünyası parlaçanmasa idi, çox şeyi dünyaya öyrədə bilərdi.
MM.AZ
Prof.Dr.Zaur Aliyev
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir