Xanəndə Məcid Behbudov (1873-1945) atasının vəfatından sonra ailənin bütün məsuliyyətini üzərinə götürərək varlı tacirin yanında işləməyə başlayır.
O, tacirin şərq ölkələrindən gətirdiyi rəngarəng parçaları evbəev gəzərək satır və bu zaman Şuşada “Segah” və “Bayatı” muğamlarını oxuyaraq müştəriləri cəlb edir. Onun səsi şəhər əhli və din xadimlərinin diqqətini çəkir, tez-tez Yuxarı Gövhər Ağa məscidində minacat verməyə və məhərrəmlik mərasimlərində növhə oxumağa dəvət olunur. Beləliklə səsi ona geniş şöhrət qazandırır və toylara, kef məclislərinə xanəndə kimi dəvət olunur. Məcid Behbudovun gələcək həyat yoldaşı Firuzə xanımla tanışlığı belə məclisdə baş verir və bu hadisə illər sonra Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının süjetinə ilham verir. Operettanın baş qəhrəmanı Əsgərin prototipi kimi Məcid Behbudov olub. Maraqlıdır ki, Məcid Behbudovun oğlu Rəşid Behbudov daha sonra bu operettanın film versiyasında baş rolu ifa edərək dünya miqyasında məşhurlaşıb. Bu gün Məcid Behbudovun anım günüdür.

MM.AZ