Gəncədə bir ev var. O evdə Azərbaycanın istiqlal şairi, dövlət himnimizin müəllifi Əhməd Cavad yaşamışdır.
Repressiya qurbanı olmuş Əhməd Cavad Gəncədə böyüdü və uzun müddət Gəncədə yaşadı. Gəncəni özünə doğma bilirdi. Böyük şairin həyatı çox çətin idi. Sınaqlarla dolu idi. Az yaşadı. Buna baxmayaraq o unudulmur. Şeirləri dillər əzbəridir. Gözəl şeirləri olub. Bir himnimizin sözləri nəyə deyirsiniz dəyər.
Bu evdə Əhməd Cavadın ruhu gəzir dolaşır. Xatirələr yatır bu evin hər küncündə. Gəncəyə yolunuz düşsə bu evə də baş çəkin…
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan!

MUASİRMEDİA.AZ
LEYLA TURAN
LEYLA TURAN