Hadisə rayonun Yenikənd kəndində baş verib.
Araşdırmalardan sonra cəsədin Salyanın Yenikənd kənd sakini, 19 yaşlı Əhməd Ramil oğlu Dadaşzadəyə aid olduğu aydınlaşıb. Kənd sakinlərinin dediyinə görə Əhməd Dadaşzadə sentyabrın 6-da karta pul köçürmək adı ilə evdən çıxıb. Bundan sonra o evə qayıtmayıb. Onun meyidi bu axşam suvarma kanalında təsadüfən sakinlər tərəfindən aşkar olunub. Cəsəd dərhal kanaldan çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, Əhməd Dadaşzadə ailədə iki qardaş, bir bacı olublar. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalar aparılır.

ASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU