Rəssam Mixail Aleksiç.
Şəkildə sovet musiqisinin yükünü çəkənlər təsvir olunub. Dünya musiqisində söz sahibi olan görkəmli bəstəkarların önündə Üzeyir bəy Hacıbəyli.
1940-cı illərin ikinci yarısında çəkilib bu əsər. Həmin dövrdə yaradıcı mühitə ideoloji nəzarət o qədər güclü idi ki, təsadüfən hansısa əsərin yaranması mümkünsüz idi.
Üzeyir bəyin musiqi aləmində avtoriteti, sanbalı hər kəs tərəfindən qəbul edilirdi. 20-ci əsrin titanları Prokofyev, Şostakoviç belə Üzeyir bəyə ehtiramlarını gizlətmirdilər, gizlədə bilmirdilər. Çünki, Üzeyir bəy öz yaradıcılığı ilə, əvəzsiz təşkilatçılığı ilə misli görünməmiş nailiyyətlərə imza atmışdı. Doğma Bakıdan Moskvaya nə qədər donoslar yazılsa da, nə qədər şikayərlər, iftiralar, böhtanlar göndərilsə də Üzeyir bəyi əqidəsindən, amalından döndərmək mümkün olmadı. Amma sağlamlığı ciddi zərbələrə tab gətirmədi. Donosların, iftiraların, böhtanların səbəbindən şəkər diabeti xəstəliyinə tutuldu.
Biz Üzeyir bəyi sona qədər öyrənmədik. Etdiklırini sona qədər dərk etmədik…

MM.AZ