Sentyabrın 12-də gənclər və idman naziri Fərid Qayıbov22-ci görüşünü keçirib-FOTO

İdman
Sentyabrın 12-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan İdman Akademiyasında idman federasiyalarının nümayəndələri ilə 22-ci görüşünü keçirib.
Görüş zamanı nazir iştirakçıları salamlayaraq son dövrdə idman sahəsində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Tədbirdə 32-ci Ümumdünya Yay Universiadası (FISU), XII Dünya Oyunları, XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı və Avropa Gənclər Paralimpiya Oyunları ilə bağlı hesabatlar dinlənilib. Həmçinin VI İslam Həmrəyliyi Oyunlarına, eləcə də bu il Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq vəziyyəti barədə məlumat verilib.
İclasda həmçinin idman ictimaiyyəti nümayəndələrinin işğaldan azad edilmiş bölgələrə səfərləri, maliyyə məsələləri, fəxri adların verilməsi, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun fəaliyyəti və idman tibbi sahəsində görüləcək işlər barədə təqdimatlar dinlənilib. Eləcə də,   platforması və federasiyaların sosial media fəaliyyəti barədə hesabatlar təqdim edilib və gündəlikdəki digər məsələlər müzakirə olunub.

MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir