Milli Məclisdə 12 illik təhsilə keçid müzakirə ediləcək

Təhsil

Yeni sessiyada Elm və təhsil komitəsinin üzvü kimi fəaliyyətimizi əsasən ölkəmizin təhsil və elm siyasətinin inkişafına yönəltməyi planlaşdırıram.

Əsas hədəf STEM və rəqəmsal bacarıqların genişləndirilməsi, peşə təhsilinin inkişaf etdirilməsi olacaq:

“Distant təhsilin tanınması, 12 illik təhsilə keçid, məktəbəqədər təhsildə məzmun və keyfiyyət məsələsi,
müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, regionlarda kadr çatışmazlığının aradan qaldırılması və onların peşəkar inkişaf proqramlarının genişləndirilməsi də diqqət mərkəzindədir. Ali təhsil və elm sahəsində universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, gənc alimlər üçün qrant mexanizmlərinin əlçatanlığı, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi də vacib istiqamətlərdəndir”.

Depuatat eyni zamanda bildirib ki, təhsil infrastrukturunun yenilənməsi, elektron resursların vahid platformada toplanması, inklüziv təhsilin inkişaf etdirilməsi, aztəminatlı ailələrin övladları üçün bərabər imkanların yaradılması və erkən nikah hallarının qarşısının alınması əsas prioritetlər sırasındadır:

“Ümumilikdə, tədrisin əmək bazarına uyğunlaşmaması, müəllim hazırlığı, elm–istehsal əlaqələrinin zəifliyi və sosial ədalət mexanizmlərinin tam işləməməsi əsas problemlər kimi qarşımızda durur. Yeni sessiyada bu istiqamətlərdə qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərimizi qaldıracağıq”.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir