İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti-FOTO

ölkə
2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week”in (“Bakı Su Həftəsi”) rəsmi açılış mərasimi keçirilib.
Rəsmi hissədə çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov qonaqları salamlayaraq, “Bakı Su Həftəsi”nin 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının açılışında iştirak etdiklərinə görə minnətdarlığını bildirib. O qeyd edib ki, ötən il uğurla keçirilən ilk “Bakı Su Həftəsi” bu mötəbər platformanın əhəmiyyətini bir daha təsdiqlədi:
“Bu gün isə artıq ənənəyə çevrilməkdə olan bu tədbir bizi bir araya gətirərək su ehtiyatlarının idarə olunması, qorunması və gələcək nəsillərə ötürülməsi məsələlərində mühüm müzakirələr aparmaq imkanı yaradır.”
Agentliyin sədri həmçinin vurğulayıb ki, həftə ərzində keçiriləcək panel müzakirələri, təqdimatlar və fikir mübadilələri milli su strategiyasının hədəflərinə çatmaqda mühüm rol oynayacaq, yeni ideyaların formalaşmasına və beynəlxalq əməkdaşlığın güclənməsinə əhəmiyyətli töhfə verəcək.
Tədbirdə Baş nazirin köməkçisi Əhməd Əhmədzadə, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, Energetika nazirinin müavini Kamal Abbasov, “ACWA Power” şirkətinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.
Qeyd edək ki, 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” (“Bakı Su Həftəsi”) sentyabrın 12-dək davam edəcək.
MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir