QAYTAR MƏNİ GƏNCLİYİMƏ-Bəradər Səməndərli

ƏDƏBİYYAT
QAYTAR MƏNİ GƏNCLİYİMƏ
Nolar, böyük Yaradanım,
Qaytar məni gəncliyimə.
Elə sanma bu dünyaya,
Pesimanam gəldiyimə,
Qaytar məni gəncliyimə.
Ötdü aylar, keçdi illər,
Qanadlanıb üçdu illər.
Xatirələr göynədirlər,
Toxunduqca iliyimə,
Qaytar məni gəncliyinə.
Fəsillər də tələsidi,
Nəs illərin tələsidi.
Hamı bir gün öləsidi,
Ömür köynəkdi, yaş düymə,
Qaytar məni gəncliyimə.
Qoru, Şeytan küləyindən,
Hiyləsindən, kələyindən.
Keçir məni ələyindən,
Əzib, doğra qiymə-qiymə,
Qaytar məni gəncliyimə.
Səməndərli, eyləmə şəkk,
Odur doğru, Odur gerçək.
Demək, rahat ömür sürmək,
Yazılmayıb taleyimə,
Qaytar məni gəncliyimə.
Bəradər Səməndərli
(Xanəliyev)
10.09.2023

KÖNÜL, ÇƏKMƏ İMTAHANA
Səndən gəlməyib cahana,
Bənzəyirsən kəhkəşana.
Könul, cəkmə imtahana,
Vurma közə, salma oda.
Qəm selindən qorxmayacam,
Yanağından axmayacam.
Gözüm üstə saxlayacam,
Kipriklərim qırılsa da.
Torpağımız şoran deyil,
Yarpağımız solan deyil;
Yollar məni yoran deyil,
Tufan, boran, qar olsa da.
Ay ömrümün dan ulduzu,
Həyatımın dadı, duzu;
Kimim var ki, zalım qızı,
Səndən başqa
bu dünyada?
Sən çiçəklərin balısan,
Nə çəkdiyimdən halısan.
Bəradərin olmalısan,
İki dünya bir olsa da.
Bəradər Səməndərli
(Xanəliyev)
11.09.2022
Fotoğraf açıklaması yok.

MUASİRMEDİA.AZ
Bəradər Səməndərli

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir