Bu gün görkəmli bəstəkarımız Arif Məlikovun doğum günüdür

Mədəniyyət
Bu gün görkəmli bəstəkarımız Arif Məlikovun doğum günüdür.
Xoşbəxtəm ki, mən dünya şöhrətli sənətkarımızla illər boyu ünsiyyətdə olmuşam. Onunla çoxsaylı görüşlərimizin hər anı yaddaşımda silinməz izlər qoyub.
Boyük sənətkar özünün sonuncu möhtəşəm əsərinin-“Əbədiyyət” 8-ci vokal simfoniyasının ilk ifasını mənə etibar etdi. Nazim Hikmətin seirləri əsasında yazılmış, finalda isə Almaz İldırımın “Azərbaycan” şeiri ilə bitən bu fundamental əsəri səhnəyə hazırlayan zamanı biz demək olar ki, hər gün görüşürdük. Mən Arif Məlikovun intellektinə, ensiklopedik biliyinə, ziyalılığına, centlementliyinə valeh oldum. Ustad sənətkarla təmaslarımızın nəticəsində mən böyük peşəkarlıq və həyat məktəbi keçdim.
Nurlar içində yat, əziz Maestro!
MUASİRMEDİA.AZ
Rəşidə Rəşid.
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir