Görkəmli şairimiz Hüseyn Arif gənc yaşında dünyasını dəyişən oğlu Arifin vida mərasimində. Sabah Hüseyn Arifin anım günüdür.
Yaxşı ki həsrətin tüstüsü yoxdur,
Göz gözü görməzdi Yer kürəsində.
Hüseyn Arif gəncliyində məşhur el aşığı Aşıq Mirzənin qızını sevib. Ancaq müəyyən səbəblərə görə onlar qovuşa bilməyiblər. Hüseyn əsgərlikdə ikən Bənövşə adlı o qız ərə gedib. Sonralar şairə 16 -17 yaşlarıda bir qız göstəriblər, gözəl, asta yerişli, həlim duruşlu bu xanım şairin könlüncə olub. Evlənməyə razılığını alıblar. Qız onu oxudacağına söz verəndən sonra Hüseyn Ariflə ailə qurmağa razı olub. Ancaq şair bir çox sevgi şeirlərində “mənim ilk və son məhəbbətim” deyəndə, Bənövşəni nəzərdə tuturmuş…

MM.AZ