Suriyada hakimiyyəti ələ keçirmiş keçmiş HTŞ lideri əl-Culani açıqlama verib

Dünya
Suriyada hakimiyyəti ələ keçirmiş keçmiş HTŞ te**rror təşkilatının lideri əl-Culani son ildə baş verənlər haqda açıqlama verib:
“Suriya sürətlə öz beynəlxalq və regional əlaqələrini bərpa edib və biz əksər ölkələrdən, xüsusilə region ölkələrindən sevgi gördük.
Suriya heç bir ölkə ilə gərginlik vəziyyətində olmaq istəmir və top ixtilaf yaratmaq istəyən dövlətlərin tərəfindədir.
Rusiya dünyada vacib bir dövlətdir, Təhlükəsizlik Şurasının üzvüdür və onunla sıx əlaqələr mövcuddur, bu əlaqələr qorunmalıdır.
Seçkilərdən sonra bütün detalları ilə konstitusiya hazırlanacaq, amma qəbul etdiyimiz siyasət eyni anda bütün istiqamətlərdə işləməkdir.
Suvaydə bəduinlər ilə hörmətli druz icması arasında münaqişə baş verdi, bu münaqişə kəskinləşdi və hər iki tərəfdən səhvlər oldu, qan axınının dayandırılması vacib idi.
Suriya bölünməni qəbul etmir və əgər Şimali-Şərqi Suriya müəyyən bir bölünməyə getsə, İraq və Türkiyə ciddi zərər görəcək.
Azadlıq uğrunda döyüşdə Rusiya ilə danışıqlar aparıldı və Homsa çatanda ruslar döyüşdən çəkildi və razılaşdırılmış şəkildə hərbi səhnədən çıxdılar.
İrana gəldikdə, yara bir az daha dərin idi və biz demirik ki, bizimlə iranlılar arasında daimi əlaqələr olmayacaq.
Hərbi əməliyyatların əvvəlində mənim bir neçə variantım var idi və biz Hmeymim bazasına və oradakı bütün təyyarələrə zərbə endirə bilərdik.
Hələbin nəzarətimizə keçməsindən sonra o vaxt Rusiya ilə əlaqələr və kontaktlar qurmağa başladıq.
Misirlə əlaqələr yaxşılaşmaqdadır”.

1 kişi ve sakal görseli olabilir
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir