Sentyabrın 12-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Cənubi Koreyanın “KIA Corporation” şirkətinin baş vitse-prezidenti, xüsusi nəqliyyat vasitələri bölməsinin rəhbəri Kim Ik-taenin başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycanın “İmprotex” şirkətlər qrupunun rəhbər şəxsləri ilə görüş keçirib.
Görüşdə Azərbaycanla Çin arasında müdafiə sənayesi sahəsində uğurlu əlaqələrin olduğu qeyd edilib. “ALIT” şirkəti ilə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.


MM.AZ