Bu çıxışa görə “Space TV”-nin yayımı 6 saat dayandırılacaq

ölkə
Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda “Space TV” kanalının efirində qanunvericiliyin pozulması faktı müzakirə edilib.
11 sentyabrda kanalın efirində 08.00-09.30 arası yayımlanan “Xəbərin izində” proqramının aparıcısı Səidə Bəkirqızı tərəfindən Ağdamda 16 yaşlı məktəbli qıza qarşı baş vermiş cinsi zo*rakılıqla bağlı xəbər təqdim olunarkən və şərh edilərkən “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü (ayrı-seçkilik təbliğ olunmamalıdır) və 14.1.9-cu (nifrət çıxışlarına yol verilməməlidir) maddələrinin tələbləri pozulub.
“Space TV” redaksiyası tərəfindən yayımda aparıcının çıxışının zor*akılığa çağırış və təbliğ məzmunlu hissəsinin səsi məhdudlaşdırılsa da, efirə gedən parçada kifayət qədər pozuntu və nifrət nitqi halları biruzə verib. Qeyd olunanları nəzərə alaraq, Audiovizual Şuranın üzvləri 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) “Space TV” kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul ediblər.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir