Şəhid kapitan Saleh Qurbanovun anım günüdür

HƏRBİ
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi veteranı Saleh Möhübbət oğlu Qurbanov 14 aprel 1990-cı ildə Xızı rayonu Giləzi qəsəbəsində anadan olub.
O, 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Laçın istiqamətində gedən döyüşlərdə savaşıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə, “Xocavəndin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
S.Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub.
Kapitan Saleh Qurbanov Ali Baş Komandan cənab İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
Ailəli idi. Bir övladı Vətənə yadigar qalıb.
Qürurla anırıq!
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir