Akademik Milli Dram Teatrı yeni mövsümü təntənə ilə açıq elan edib-FOTO

Mədəniyyət
Sentyabrın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 153-cü mövsümünün təntənəli açılışını edib.
Mərasimdə ölkəmizdə fəaliyyət göstərən bütün teatrların nümayəndələri iştirak ediblər.
Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov çıxış edərək yeni teatr mövsümünün açılışı ilə bağlı təbriklərini çatdırıblar.
Sonra bədii proqram təqdim olunub. Xalq artisti Azər Zeynalov, “Kaman” rəqs qrupu, Azərbaycan Dövlət Mahnı Teatrının solisti Aynur İsgəndərli, Əməkdar artist Bəyimxanım Vəliyeva musiqi nömrələri ilə çıxış ediblər.
Sonda Akademik Opera və Balet, Akademik Musiqili, Akademik Rus Dram, Milli Gənc Tamaşaçılar, Şuşa Dövlət Musiqili Dram və Dövlət Pantomima teatrlarının kollektivləri repertuarlarındakı tamaşalardan parçalar ifa ediblər.
MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir