15 -Sentyabır Azərbaycanda Bilik Günüdür

Təhsil

Bu gün Azərbaycanda Bilik Günüdür.

2025-2026-cı tədris ilində ümumilikdə 2.2 mln təhsilalanın təhsil alacağı proqnozlaşdırılır. 2025-2026-cı tədris ilində 130 mindən çox şagird birinci sinifdə təhsil alacaq.

Məktəbəqədər təhsildə əhatəlilik ölkə təhsilinin uzunmüddətli dövrdə daha yaxşı olmasına təsir edən ən vacib məsələdir. Yeni tədris ilində tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması olacaq və 2026-cı ildə bunun tətbiqi planlaşdırılır. Son 4 ildə lisey və gimnaziyalara qəbul 2 dəfəyə qədər artıb. Məqsəd ölkədə gimnaziyaların sayını 100-ə çatdırmaqdır.

Cari ilin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi bitdikdən sonra ümumilikdə 72 mindən çox təhsilverənin əməkhaqqına əlavələr edilib. Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqısı 3 dəfəyə qədər artıb.

Məktəblərdə müəllimlərin keyfiyyəti sertifikatlaşdırma nəticəsində yüksəlib. Son illərdə 600-ə yaxın yeni məktəb tikilmiş və ya əsaslı təmir olunmuş, qəzalı məktəblərin sayı 2 dəfədən çox azalaraq 400-ə enib. Tam orta təhsil səviyyəsi üzrə 14 məktəbdə yeni təmayül tədris modeli pilot tətbiq olunacaq. Ötən il 147 müəssisədə rasionallaşdırma tədbirləri həyata keçirilib. Yeni tədris ilində daha 113 müəssisə ilə bağlı qərar veriləcək. Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulunda yeni yanaşmalara əsasən, namizədlərin sertifikatlaşdırma balı əsas meyarlardan biri kimi qəbul edilmişdir. Şagird sayı 500-dək olan müəssisələrə seçim zamanı ərazi prinsipinə baxılacaq.

Bu ildən Bakı məktəblərində jurnallar ləğv olunur və “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayır.

2025–2026-cı tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub. Son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40%-dən çox artıb. Dövlət sifarişli əsaslarla qəbul olan tələbələrin sayı 2 dəfədən çox artıb. Yeni tədris ilindən ilk dəfə olaraq tələbələr SABAH qruplarına 1-ci kursdan qəbul ola biləcəklər.

2025-2026-cı tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin 75%-i dövlət sifarişi əsasında təhsil alacaq.
MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir