Vaxtilə bakılılardan heç kim Bayırşəhərdə ev tikib yaşamaq istəməzmiş.
Burada yerləşənlər, əsas etibarilə, ətraf kəndlərdən və başqa şəhərlərdən gələnlər idi. Buna görə də içərişəhərlilər bayırşəhərlilərə həqarətlə baxardılar. Onlara “ayaqyalın” bayırşəbərlilər deyərdilər.
Burada yerləşənlər, əsas etibarilə, ətraf kəndlərdən və başqa şəhərlərdən gələnlər idi. Buna görə də içərişəhərlilər bayırşəhərlilərə həqarətlə baxardılar. Onlara “ayaqyalın” bayırşəbərlilər deyərdilər.
İçərişəhərdə Cümə məscidinin qabağından başlayıb Qız qalasının yanından bir ucu Qoşa qala qapısına tərəf gedən küçəyə, o biri ucu isə Qız qalası tərəfdən dəniz kənarına çıxan küçəyə doğru uzanmış bazar vardı. Buradakı dükanların çox hissəsi, xüsusilə Qız qalasından Cümə məscidinədək olan dükanlar Üstüörtülü bazar idi. Qapılan yan tərəfə deyil, aşağıdan yuxarıya qaldırılmaqla açılardı. Belə qapılara xəfəng deyərdilər.
Bazar iki hissəyə bölünürdü: Cümə məscidinin ətrafinda olan hissə Aşağıbazar, Qız qalası yanında olan hissə Yuxarıbazar adlanırdı. Yuxa- nbazara Üstüörtülü bazar da deyərdilər. Onun yalnız bir hissəsi örtülü sahəni tuturdu. O, Qız qalası yanından Çuxur karvansarayadək olan hissə idi. Dükanlar qarşı-qarşıya, iki cərgə olub üstüörtülü bir bina içinə sığışdırılmışdı. Burada böyük tacirlər, sərraflar yerləşmişdi.
Yuxarıbazarın qurtaracağında qarşı-qarşıya tikilmiş iki karvansara vardı ki, bunlara Qoşa karvansara deyərdilər, Aşağıbazarda xırda alış- verişçilər, baqqallar, dərzi və papaqçılar, Yuxarıbazarda isə bəzzazlar, xalçaçılar yerləşmişdilər.
H. Sarabski. ”Köhnə Bakı”
Bakı 1900 il.
Bazara giriş. Fotoşəkil fansız zadəganı Jozef de Baya məxsusdur.

MUASİRMEDİA.AZ