Qədim Çində yazılan qanunlara görə edamqabağı məhkumlar son gecələrini şənlik içində keçirə bilirlər.
Məhkumlar, aralarında cəllad da olmaqla, səhərə qədər mahnılar oxuyar, ən sevdikləri yeməkləri yeyər və düyü arağından qədəhləri bir-birinə vurub keflənərmişlər. Səhərin ilk işıqları ilə birlikdə cəllad qəfil hərəkət edib qılıncını çəkər, yüngülcə sərxoş olmuş məhkumların başlarını oraqla ot biçən kimi kəsərmiş.

Belə edam ayinlərinin birində məhkumlar sübhə qədər əylənir, yeyib-içib mahnılar oxuyurlar. Birdən günəşin ilk şüaları dağların arasından görünür. Amma heç nə baş vermir.
Məhkumlardan biri cəlladdan soruşur:
— “Edam niyə gecikdi?”.
Cəllad:
— “Gecikməyib ki”.
Məhkum israr edir:
— “Amma başlarımız yerində durur”.
Cəllad isə deyir:
— “Sizə elə gəlir”.
Və qılıncına bulaşmış qanı məhkuma göstərir.
Dəhşətə gələn məhkum pıçıldayır:
— “Necə yəni?”
Cəllad:
— “Mən o qədər çox sürətlə edirəm ki, başın üzülsə də, yerində qalır, amma ayağa qalxdığın anda bunu hiss edəcəksən. Çünki başın o anda qucağına düşəcək”.
Bu pritçanı şərh edənlərdən biri yazır ki, başınız çoxdan gedə bilər, ancaq siz hələ bunun fərqində deyilsiniz. Bir şey artıq baş verib, amma siz onu dərk etmədiyiniz üçün sanki heç nə olmayıbmış kimi davranırsınız və hələ də başınızın yerində olduğunu sanırsınız.
Mənim gəldiyim nəticə isə budur ki, zaman öz sürətli gedişi ilə başımızı elə kəsir ki, bunu anlayanda artıq gec olur. Biz heç nəyin fərqində deyilik.

MM.AZ