Bir gün  idarə rəhbərlərindən biri dahi bəstəkarımız Üzeyir Hacıbəyova zəng edir

Tarix
Bir gün  idarə rəhbərlərindən biri dahi bəstəkarımız Üzeyir Hacıbəyova zəng edir:
– Hörmətli Üzeyir bəy, sizin bəstəkarlardan ikisi bizdə işləyir, heç cür yola getmirlər. Bir-birlərinə nalayiq sözlər deyirlər.
– Məsələn nə deyirlər?
– Bir-birini eşşək adlandırırlar.
Üzeyir bəy onu belə susdurur:
– Bəs necə idarə rəhbərisən ki, iki eşşəyin arpasını bölə bilmirsən?
Sabah dahi Üzeyir bəy Hacıbəyovun (1885-1948) doğum günüdür. 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur.
MM.AZ