Qətərin paytaxtı Dohada keçirilən samittdə İran Prezidenti Məsud Pezeşkianla Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın səmimi görüşü İranın bir neçə aparıcı media orqanının tənqidi ilə qarşılaşıb.
Bununla bağlı İranın “Tabnak”, “Məşreq nuyus”, “Dünyay-i iqtisad” və başqa bir neçə məşhur nəşrində material dərc olunub.
Bu media qurumları Məsud Pezeşkianın Ərdoğanla səmimi rəftarını İran Prezidentinin zəiflik əlaməti hesab edərək, onu hədəfə alıblar.
Bununla yanaşı Məsud Pezeşkianın siyasi rəqiblərinə mənsub sosial media kanallarında da oxşar ittihamlar səsləndirilib, Prezidentin Ərdoğana qarşı münasibətinin hər ikisinin türk olması ilə əlaqəli olduğu iddia edilib.
Qeyd edək ki, Məsud Pezeşkianın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də səmimi görüşü adı çəkilən media qurumlarının tənqidi ilə qarşılaşmışdı.
MM.AZ
