Bismilləhir-Rahmənir-Rahim!
Rəvayətlərə görə, şeytan – yəni İblis – min illər boyu Allaha ibadət edib, itaətkar olub, heç bir əmrdən boyun qaçırmayıb.
O, mələklərin arasında seçilən, hətta bəzilərinə görə ən bilikli və ən sədaqətli varlıq idi. Heç bir xəyanəti yox idi, hər şeyə səbrlə boyun əymişdi. Amma bir gün Allah Adəmi yaradır və bütün mələklərə, həm də İblisə deyir ki, ona səcdə edin.

Burada insanın ağlına dərhal sual gəlir: niyə? Dünən yaradılmış, heç bir ibadəti olmayan, hələ sınanıb-sınaqdan keçməyən bir varlıq üçün min illər ibadət etmiş bir varlıq niyə baş əyməlidir? Əgər səcdə yalnız Allaha məxsusdursa, bu əmr başdan-ayağa ziddiyyət təşkil etmir? İblisin etirazı bu baxımdan məntiqli görünür. Əslində, onun dediyi budur: “Mən illərlə Sənə səcdə etdim, amma indi məni yaradılandan üstün tutursan?” Bu, doğrudan da ədalət məsələsini gündəmə gətirir.
Daha da maraqlısı, Allahın hər şeyi əvvəlcədən bilməsidir. Əgər O, həqiqətən hər şeyi bilirsə, onda əvvəlcədən bilmirdimi ki, İblis bu əmri qəbul etməyəcək? Bilirdi. Əgər bilirdisə, onda bu əmr sadəcə bir sınaq deyil, əvvəlcədən yazılmış bir ssenari kimi görünür. İblis sanki sadəcə həmin oyunda mənfi rolu ifa edən bir obraz olub. Burada isə məsələ daha da qarışır: əgər bütün bunlar ilahi planın bir hissəsi idisə, onda İblis sadəcə planı icra etdi. Onda niyə bütün günah onun boynuna atılır?
Digər tərəfdən, insanın yaranışı ilə bağlı da sual var. Əgər Allah insana ən üstün məqamı verəcəksə, onda niyə əvvəlcə mələklər və İblis yaradıldı? Əgər hər şey əvvəldən bilindisə, bu “imtahan” deyil, sadəcə əvvəlcədən yazılmış və nəticəsi bəlli olan bir hekayədir.
Bu məsələyə baxanda bir çox insan təəccüblənir: necə olur ki, min illər ibadət edən bir varlıq bir əmrlə lənətlənir, amma heç bir əməli olmayan bir varlıq göylərin sevimlisinə çevrilir? Bu, ədalət deyil, daha çox ziddiyyət kimi görünür. Əgər İblis üsyan edibsə, bəlkə də onun etirazı ibadət illərinin boşuna getməsinə, öz dəyərinin heçə sayılmasına idi.
MM.AZ
MM.AZ