Müslüm Maqomayev və Üzeyir Hacıbəyovun BU GÜN DOĞUM GÜNLIRİDİR-foto

Tarix
Maraqlı talelər: Eyni gündə, eyni ildə anadan olan, eyni sahədə çalışan, eyni işi görən dostlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov.
Hər iksi 1885-ci ilin 18 sentyabrında anadan olublar. Hər ikisi bəstəkar idi. Hər ikisi Azərbaycanda ilklərə imza atıblar. Müslüm Maqomayev azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi, Üzeyir bəy ilk Azərbaycan operasının müəllifi idi. Onlar Zaqafqaziya Müəllimlər Seminarıyasında tanış olmuşdular və ömür boyu yaxın dostluq etdilər. Sabah hər ikisinin doğum günüdür. Müslüm Maqomayev 1937-ci ildə, Üzeyir bəy isə 1948-ci ildə vəfat etdi.

1927-ci ildə görkəmli bəstəkarlarımız Üzeyur bəy Hacıbəyli və Müslüm bəy Maqomayev ilk dəfə olaraq “Azərbaycan türk el nəğmələri” kitabını cap etdirirlər. 33 xalq mahnısından ibarət topluda xalq mahnılarını Üzeyir bəy və Müslüm bəy nota almlşlar. Kitab Müslüm bəy Maqomayevin ümumi redaktorluğu ilə çap olunub.
Bu nadir kitabın əldə olunmasında dəyərli Dilqəm Əhmədə sonsuz təşəkkürlər!
yazı görseli olabilir
Tüm ifadeler:

76

MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir