Gəlim yenə oynayaq AY UŞAQLIQIM

ƏDƏBİYYAT
Nə dərd var idi, nə də qəm… Götür topunu səhər tezdən düş həyətə. Bir-bir evlərin qarşında dayan, dostlarını çağır. Çıxsın anası balkondan, “Əli yoxdu evdə desin”… Əli də tumançağ anasının böyründən boylanaraq, “Gəlirəm, desin…” .
İki daş bu yanda, iki daş o yanda qoy, öz aləmində futbol oyna… O bitsin, gizlənpaç başlasın,..
Hərdən də qızlarla “klass-klass”… Elə ki, yoruldun, otur daşlarin üstündə, İki dəqiqədən bir evdən səslənsinlər, qalx yuxarı… Əllər kürəyinə dəysin ki, sel olmusan, su olmusan, dəyiş maykanı bir də düş həyətə…
Hava qaralan kimi anan balkona çıxsın, “Atan, səni öldürəcək, tez evə gəl…” deyərək, səni qorxutsun…
Sən də dəhşət qorxurdun axı..
Ehh, onda heç nəyi vecimizə almırdıq, sanki həyat həmişə belə olur, Yaşamaq, qayğı, arzu istəklər.. Tək dərdimiz “bundan sonra nə oynayagın”?..
Beləcə illəri yola saldıq, sabah açılsın, yenə aç gözünü, bax güzgüyə…
Böyümüsən, deyilmi, ay uşaq?
Çıx bir boylan həyətə…
Gör kimlər qalıb…
Yoxdu artıq o uşaqlar.
Daha yoxdu məhlədəki o balaca qızlar…
İndi hansısa bir evdə özü uşaq böyüdür bəlkə də…
Bitdi…
Hər oynadığın oyun kimi “uşaqlığın” da bitdi… Bir çön geriyə bax… Bir zamanların qaçaraq səs-küy saldığı o uşağı tapa bilsən mənə də xəbər et… Gəlim yenə oynayaq.

Bir siyah beyaz 2 kişi, çocuk ve gülümseyen insanlar görseli olabilir
MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir