Mirsüleyman Salyani 1856-cı ildə Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Salyan şəhərində dünyaya gəlmişdir.
İbtidai dini təhsilini Lənkəranda bölgənin tanınmış ruhanilərindən almış, erkən yaşlarından elmə və dini bilgilərə böyük maraq göstərmişdir.
İbtidai dini təhsilini Lənkəranda bölgənin tanınmış ruhanilərindən almış, erkən yaşlarından elmə və dini bilgilərə böyük maraq göstərmişdir.
1876-cı ildə o, müqəddəs Nəcəfi-Əşrəf şəhərinə üz tutaraq dövrünün ən nüfuzlu elmi hövzəsində təhsilini davam etdirmişdir. Burada İslam fiqh və üsul elmlərinin məşhur müctəhid və fəqihləri ilə ünsiyyətdə olmuş, onların dərslərindən bəhrələnmişdir. Onun müəllimləri sırasında aşağıdakı böyük alimlərin adları çəkilir:
– Mühəmməd Fazil İrəvani– Qafqazdan çıxmış böyük alim və müctəhid
– Mirzə Həbibullah Rəşti – fiqh və üsul elmlərində mütəxəssis
– Mühəmməd Həsən Mamaqani – Nəcəf hövzəsinin aparıcı fəqihləri sırasında
– Seyid Mühəmməd Kazim Təbatəbai Yəzdi – məşhur “Ürvətül-Vusqa” əsərinin müəllifi
– Əsədullah Lənkərani – dövrünün seçkin alimlərindən
– Axund Molla Mühəmməd Kazim Xorasani– məşhur “Kifayətul-Usul” müəllifi, böyük müctəhid
Zəngin elm mühitində püxtələşən Mirsüleyman Salyani yüksək elmi məqamlara çatmış və özü də Nəcəfi-Əşrəf hövzəsində dərs deməyə başlamış, gələcək alimlərin yetişməsində iştirak etmişdir.
Daha sonra vətənə dönən Mirsüleyman Salyani bölgə camaatının dini maarifləndirilməsi, məscid və mədrəsələrin canlandırılması istiqamətində fəaliyyət göstərmişdir. Lakin 1917-ci il bolşevik inqilabından sonra Sovet hakimiyyətinin ateist siyasəti nəticəsində dini mühit ağır sınaqlarla üzləşdi. Digər alim və ruhanilər kimi Mirsüleyman Salyani də təhdid, təzyiq və işgəncələrə məruz qaldı, dini fəaliyyətinə maneələr törədildi.
1937-ci ildə vəfat edən Mirsüleyman Salyani doğma yurdu Salyanda dəfn edilmişdir.
MUASİRMEDİA.AZ
MUASİRMEDİA.AZ
Samid Quliyev
İlahiyyatçı-alim