İclası açan komitə sədri Tahir Rzayev 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini xatırladıb və Heydər Əliyevə ümumxalq məhəbbətinin sonsuz və tükənməz olduğunu vurğulayıb.
Komitə sədrinin təklifi ilə iclas iştirakçıları Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İlk olaraq 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat təqdim olunub. Daha sonra komitənin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi müzakirə olunub.
Məsələlərin müzakirəsində deputatlar Cavanşir Paşazadə, Novruzəli Aslanov, Azər Badamov, İqbal Məmmədov, Aydın Hüseynov, Müşfiq Cəfərov çıxış ediblər, rəy və təkliflərini bildiriblər.
İclasda həmçinin “Ovçuluq haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi də müzakirə edilib.
Komitə üzvləri 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində Aqrar siyasət komitəsində görülmüş işləri qənaətbəxş sayıblar, qarşıdakı payız sessiyası üçün komitənin iş planını təsdiqləyiblər, “Ovçuluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.




MM.AZ