20 sentyabr 2025-ci il tarixində Bilgəhdə XəzəriQoruyaq! şüarı ilə genişmiqyaslı təmizlik aksiyası keçirilib-FOTO

ölkə
20 sentyabr 2025-ci il tarixində Bilgəhdə  XəzəriQoruyaq!
şüarı ilə genişmiqyaslı təmizlik aksiyası keçirilib.

“EcoHub” ictimai birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə təşkil edilən tədbirdə SOCAR da tərəfdaş qismində iştirak edib.
Ekoloji maarifləndirməni gücləndirmək, ətraf mühitə məsuliyyətli yanaşmanın vacibliyini ictimaiyyətə çatdırmaq məqsədi ilə keçirilən ekoloji aksiya Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində təşkil olunub. 1986-cı ildə təsis edilən bu gün hazırda dünyanın 100-dən çox ölkəsində qeyd edilir.
MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir