Məlum olduğu ki, Prezident İlham Əliyev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu yaxınlarda avtobus daşımaları sahəsində şirkətlərin fəaliyyəti üçün bu yeni konsepsiyanı təqdim edib.
2024-2026-cı illərdə Bakıda sərnişindaşımada “Brutto müqavilə” modelinə keçidin təmin edilməsi planlaşdırılır. “Brutto müqavilə” ictimai nəqliyyatda sərnişindaşımanın keyfiyyətini artırmaq məqsədi daşıyır
Yeni Fərman nələri dəyişdirəcək?
“Brutto müqavilə” sisteminin tətbiqi ictimai nəqliyyatda hansı yenilikləri vəd edir.
Beləliklə, yaxın zamanda Bakı, Sumqayıt, Gəncə və digər iri şəhərlərinin ictimai nəqliyyatında bu yeniliklər gözlənilir:
– Artıq daşıyıcılar gediş haqqlarından asılı olmayacaq. Dövlət onlara kilometraja görə subsidiya ayıracaq. Nəticə olaraq, daşıyıcılara xətlərə daha çox avtobus buraxmağa sərf edəcək. Avtobusların çox olması isə sıxlığın azaldılmasına gətirib çıxaracaq.
– Daşıyıcılara uzaq məsafəyə marşrutlar açmaq sərf edəcək. Bu, xüsusilə Abşeron qəsəbələrinə hərəkət edən avtobuslara müsbət təsir edəcək.
– Gecə avtobusların (night bus) nəhayət Bakıda fəaliyyət göstərilməsi mümkün ola bilər. Daşıyıcılar artıq narahat olmayacaq ki, onlar gecə 3-5 nəfər aparır, istənilən halda onlar kilometraja görə öz subsidiyasını alacaqlar.
– Sərnişinlərin ödədiyi gediş haqqı artıq birbaşa daşıyıcılara deyil, dövlətə gedəcək, vahid mərkəzdən idarə olunacaq. Bu da ona şərait yaradır ki, nəhayət, həftəlik, aylıq tariflər tətbiq olunsun. Eyni zamanda, bəzi kateqoriyaya aid vətəndaşlar (tələbələr, təqaüdçülər) üçün güzəştlər nəzərə alına bilər Ola bilsin, nəhayət bank kartları ilə ödəniş mümkün olsun.
– Çox güman ki, artıq avtobuslara istənilən qapıdan minib-düşə biləcəksiniz, çünki sürücüyə bunu kontrol etmək maraqlı olmayacaq. Əvəzində avtobusların daxilində dövlət tərəfindən müəyyən olunan nəzarətçilər fəaliyyət aparacaq (bütün Avropa ölkələrində elədir).
– Subsidiyalar İctimai Nəqliyyat fondundan ayrılacaq, həmin fond yol vergisi və yeni ödənişli zonalara girişdən maliyyəşəcək.
Bruttoya keçid 1 yanvar 2026-cı il tarixindən etibarən başlayacaq, 2028-ci ilə qədər yekunlaşması nəzərdə tutulur.
MUASİRMEDİA.AZ
MUASİRMEDİA.AZ