Salyanda Xalq Pəhləvanı Yaşar Cavadovun xatirəsinə həsr olunmuş Respublika turniri keçirilib. Turnir rayonunun Şorsulu kəndində fəaliyyət göstərən “Yaşar” İdman Klubunda təşkil olunub.
Şirvan–Salyan Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan yeniyetmələr arasında sərbəst güləş üzrə 10-cu Respublika Turnirinə paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif bölgələrindən gəlmiş komandaların yüzdən çox yeniyetmə pəhləvanı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb. Yarışda gərgin və həyəcanlı qarşılaşmalar izləyicilər tərəfindən alqışlarla qarşılanıb. Turnirin keçirilməsində əsas məqsəd gənclərin sağlam həyat tərzinə cəlb olunması, onların fiziki və mənəvi inkişafına töhfə verməklə yanaşı, ölkəmizdə qədim ənənələrə malik güləş idman növünün daha da populyarlaşdırılması olub. Qeyd edək ki, Azərbaycan idmanının inkişafında böyük xidmətləri olan Xalq Pəhləvanı Yaşar Cavadovun xatirəsinə həsr olunan bu turnir gələcəkdə də ənənəvi olaraq davam etdiriləcək və ölkənin idman tarixində öz layiqli yerini qoruyacaq. Turniri izləyən ölkənin tanınmış idmançıları da öz təəssüratlarını bölüşərək belə yarışların gənclərin inkişafı üçün böyük önəm daşıdığını bildiriblər.

youtube.com/watch?v=UcQsmGL3taE&feature=youtu.be
MUASİRMEDİA.AZ
Yaqub Mehdiyev Mehdi Oğlu