Meydan TV jurnalistlərinin məhkəmə prosesi keçirilib

Cəmiyyət

Aynur Elgünəş məhkəmə çıxışında kimləri kölə adlandırdı?

Sentyabrın 20-də “Meydan TV işi” üzrə həbs olunmuş jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalistlər Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Xəyalə Ağayeva, Ramin Cəbrayılzadənin (Deko) həbs müddəti Yanvarın 6-na qədər uzadılıb.

“Meydan Tv”-nin redaktoru Aynur Elgünəşin məhkəmədəki çıxışı:

“Həbsxanaya düşənə qədər Aristotelin köləliklə bağlı yanaşması ilə razılaşmırdım. O deyirdi ki, bəzi insanlar kölə olmaq üçün doğulur. Onlar birinin mülkünə çevrilməyə, idarə olunmağa ehtiyac duyurlar. Yəni təbii kölələrdir. Bu 10 ayda dərk etdim ki, Azərbaycanda böyük əksəriyyət idarə olunmağa meyillidir, buna etiraz etmir, edəni də qınayır. Bizim onlardan, yəni həm də sizdən fərqimiz odur ki, ruhən kölə doğulmamışıq.

Mən təkcə jurnalist fəaliyyətimə görə deyil, həmdə azad ruhuma görə cəzalandırılıram. Məsələn, siz bir hakim kimi azad qərar vermək iqtidarında deyilsiniz. Çünki ruhunuz məhkumdur. Ona görə də özünüzə hakim mantiyası altında notarius xidməti göstərməyi rəva bilirsiniz.

Yaşasın azad ruh! Biz həbsxanadan nə vaxtsa çıxacağıq, ancaq siz bu halınıza ömürlük məhkumsunuz!”
MM.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir