“Mixi yazılarından əvvəl türklər maral buynuzu çəkib, ona “darax” deyib

Tarix
“Mixi yazılarından əvvəl türklər maral buynuzu çəkib, ona “darax” deyib. Balıq çəkib, ona “balıx” deyib. Üz çəkib ona “üzgü” deyib. Bu, 8 min il bundan qabaq olubdur.
Şəkilli yazı sisteminə avropalılar piktoqram deyirlər. Sonrakı 2 min ildə isə babalarımız özünün şəkilli yazılarını stilizə edərək onlardan mixi yazı sistemini yaradıblar, gil lövhələr də onların kağızları olub. Orada belə bir şeir də yazıblar:
“Əridə üdsiz kür deyə ki, arazu deyə,
Gələ edə savab, hunca deyə, barı, hunca deyə.
La bare kadramu, hecü edim u həküdə,
Kaş ki, bida nukuş üri,
Həmmədan kuku”.
Bunu 3200 il bundan əvvəl Həmədanda yaşayıb yaratmış ulu şairəmiz Bida (türkcə yeganə deməkdir) Həmmədani qazdırıb gil lövhəyə. Ona görə də tam haqlı olaraq olaraq deyə bilərik ki, mixi yazılar yarandığı gündən (6 min il öncədən) ulu türkün olub.
Tariyel Azərtürk, Amerikada yaşayan azərbaycanlı alim, türkoloq, tədqiqatçı.
Qeyd:
Dünyanın ən məşhur arxeologiya və tarix araşdırma mərkəzlərindən biri olan ANCİENT ORİGİNS’in paylaşdığı yeni bilgilərə görə Qobi çölündəki (Türküstanda-Mərkəzi Asiya) 15.000 illik petroqliflərin qədim türklər tərəfəndən çəkildiyi ortaya çıxmışdır. Bu araşdırmaya görə türklərin yayılma coğrafiyası və tarixdə var olduqları zaman daha qədim dövrlərə gedib çıxır. Araşdırmaçı elm adamlarına görə türklər var olan ən qədim millətlərdən biri, bəlkə də ən qədimidir. Bu məlumat mərkəzin rəsmi saytında yerləşdirilib.
Bəyənək və paylaşaq.
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir