Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə 1939-cu ildə xəstəliyinə görə həbsdən azad edilir.
Sadə, anlayışlı bir insanla ailə həyatı qurur. Uşaqlar dünyaya gəlir. Amma illər keçir, bütün repressiya qurbanları kimi Musfiq də bəraət alir..
Dilbərin ürəyindəki Müşfiq sevgisi azalmır ki, azalmır, əksinə, günü-gündən daha da alovlanır. Yuxularında yenə də Müşfiqlə görüşür Dilbər. Yuxudan oyananda isə həyat yoldaşı və uşaqlarının qayğısı ilə yaşayır..
Beləcə, illər hər şeyi arxada qoyur..
Dilbərin ata-anası, qardaşları, qohumları dağlı balası Müşfiqi bir an da olsa belə unutmurlar, daim xatırlayırlar. Dilbərin qardaşlarından biri Göygöl yaxınlığında açdığı istirahət mərkəzinə “Müşfiq” adını verir. İstirahət mərkəzinin girişində Müşfiqin böyuk bir şəklini asır. Bu, təkcə şair Müşfiqə olan sevgi deyildi, bu həm də Müşfiqi bir qohum, bir insan, bir kişi kimi yaxından tanıyan bir insanın sevgisi idi..

MM.AZ