İmişlidə narkokuryerlər saxlanıldı

ölkə
İmişlidə narkokuryerlər saxlanıldı
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Fuad Səlimov və Anar Süleymanov İmişli ərazisində saxlanılıblar.
____
Onlardan 8 kq marixuana və 1 kq tiryək aşkarlanıb.
Saxlanılan şəxslər narkotikləri sosial şəbəkə vasitəsilə tanış olduqları İran vətəndaşından aldıqlarını və pul müqabilində kuryerlik etdiklərini etiraf ediblər.
____
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
MM.AZ