Görkəmli yazıçı, xüsusilə tarixi romanlar müəllifi Fərman Kərimzadə (Fərman İsmayıl oğlu Kərimzadə) 1937-ci il martın 3-də Qərbi Azərbaycanın Vedibasar mahalının Vedi rayonunun Böyük Vedi qəsəbəsində anadan olmuşdu. Ailələri 1948-1953-cü illər deportasiyasının qurbanı olaraq Beyləqan rayonunun Şahsevən kəndində məskunlaşmışdı. Bu ağrını ömrü boyu ürəyində gəzdirən Fərman Kərimzadə cəmi 52 il yaşadı, amma Kişi kimi yaşadı, beş tarixi roman, şeirlər, povest və hekayələr müəllifi kimi, adını Azərbaycan ədəbiyyat tarixinə qızıl hərflərlə yazdı. 1988-ci il deportasiyasını çox ağrılı qarşıladı, 17 mart 1989-cu il tarixdə elə bu ağrı ilə də dünyasını dəyişdi. Xatirəsini ehtiramla anırıq!

MM.AZ