Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında fantastik məbləğdə əmək haqqı.
(ikinci məqalə)
Həmkarlar ittifaqları əslində hər yerdə işçilərin dayağı, onların hüquqlarının qoruyucusu olmalıdır. Onların əsas vəzifəsi əmək haqlarının ədalətli ödənilməsinə nəzarət etmək, sosial təminat məsələlərində üzvlərin yanında olmaq, ən əsası isə şəffaflıqla fəaliyyət göstərməkdir. Yəni həmkarlar ittifaqı üzvlərin güvəndiyi sığınacaq olmalıdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) isə bu missiyadan çoxdan uzaq düşüb. Müdafiəçi olmaq əvəzinə, özü üzvlərin qarşısında bir divara çevrilib. Mən bunu birinci yazımda faktlarla göstərmişdim. Həmin yazıdan sonra isə məni quruma dəvət etdilər. Düşündüm ki, bəlkə mənim bilmədiyim məqamları izah edəcəklər, narazılıqlara aydınlıq gətirəcəklər. Ola bilsin, ilk yazıda sərt olduğum məqamlar olub. Ümid edirdim ki, burada üzvlərin suallarına cavab tapılacaq. Amma baş verənlər tam əksini göstərdi. Eşitdiklərim əvvəlki tənqidlərimi yalnız təsdiqləmədi, üstəlik daha da ağır mənzərəni ortaya çıxardı. Məni aparat rəhbəri Həsən Cəfərov və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Elkiyar Ziyadov qəbul etdilər. İlk dəqiqələrdə elə bildim ki, arqumentlər eşidəcəyəm. Lakin gördüm ki, bütün “izahlar” sadəcə bəraət cəhdidir. Hətta bəzi cavablar təşkilatın içindəki özbaşınalığı açıq-aşkar ifşa edirdi. Söhbət zamanı Elkiyar Ziyadov etiraf etdi ki, aylıq maaşı 4000 (?) manatdır. Mən “Hansı üstün cəhətinizə görə bu qədər yüksək məvacib alırsınız?” sualını verdikdə isə, sadəcə bir neçə xarici universitetin adını sadaladı. Guya diplomların çoxluğu, fəxri fərmanlar yüksək maaşa əsas verir. Amma çox sadə həqiqət var ki, əmək haqqı diplomların, fəxri fərmanların sayına görə deyil, görülən işin nəticəsinə görə verilir. Nəticə isə göz qabağındadır – üzvlərin narazılığı, gizli qərarlar, itirilmiş etimad. Ən faciəli tərəfi odur ki, bu təkcə Elkiyar bəyə aid məsələ deyil. AHİK aparatının böyük hissəsi fantastik maaşlarla təmin olunub. Əmək haqqı cədvəli gizlədilir, amma aydın görünür ki, vəsait üzvlərin cibindən çıxır, rəhbərliyin komfortuna yönəlir. Ən bahalı avtomobillər “xidmət maşını” adı ilə şəxsi məqsədlərə sərf olunur. Yanacaq xərcləri isə orta statistik bir ailənin illik gəlirini çoxdan keçir. Sanatoriyalardan və təsərrüfatlardan gələn gəlirlər barədə isə tam susurlar. Məsələn, Bilgəhdəki kardioloji sanatoriyanın ərazisinə daxil olan maşınlardan toplanan vəsaitlərin hara xərcləndiyi barədə bircə rəsmi hesabat yoxdur. Pullar yoxa çıxır, amma izahat verən tapılmır. Başqa bir utandırıcı məqam – dövlətin bütün qurumlarında işçilər 65 yaşda təqaüdə göndərilir. AHİK-də isə bu qayda işləmir. Burada yaşı 70-i keçmiş onlarla işçi kresloda oturmaqda davam edir. Hətta aparat rəhbəri Həsən Cəfərov özü etiraf edir ki, artıq 70 yaşı var və düz 51 ildir ki, orada işləyir. Bu insanlar hansı “xüsusi məharətə” görə kreslodan qalxmır? Görünür, vəzifələr şəxsi mülkə çevrilib. Ən böyük sual isə budur: qurultay niyə keçirilmir? Rəhbərlik niyə üzvlərin iradəsi ilə yox, qapalı otaqlarda təyin olunur? Maliyyə hesabatı niyə açıqlanmır? Bu qədər haqlı suallar qarşısında rəhbərliyin verdiyi yeganə cavab ya “iclasdayıq”, ya da “xaricdə oxumuşam” bəhanəsi olur. Amma üzvlərin tələb etdiyi sadəcə bir şeydir – hesabat verin, pullarımız hara xərclənib? Beynəlxalq Əmək Təşkilatı (ILO) və Avropa həmkarlar ittifaqları hər il maliyyə hesabatlarını üzvlərə təqdim edir, rəhbərlik demokratik seçki ilə formalaşır. Skandinaviya və Almaniyada kollektiv müqavilələr işçilərin real hüquqlarını qoruyur. Azərbaycanda isə əksinə – üzvlərin pulu gizli maaşlara, komfortlu kreslolara, bahalı maşınlara sərf olunur. Azərbaycanda minlərlə insan əmək müqaviləsi olmadan çalışır, sosial müdafiədən kənarda qalır. Əslində AHİK-in ən mühüm missiyası bu problemin həllinə yönəlməli idi. Amma təşkilat sadəcə öz aparatının rahatlığı ilə məşğuldur. Gənc işçilər AHİK-ə maraq göstərmir, çünki təşkilat onların səsini eşitmir. Qadınların əmək bazarında üzləşdiyi bərabərsizliklərə dair isə heç bir təşəbbüs yoxdur. Bu, həm beynəlxalq konvensiyaların, həm də milli qanunvericiliyin pozulmasıdır. Hər bir demokratik təşkilatda müstəqil audit keçirilməsi və illik maliyyə hesabatının üzvlərə təqdim olunması adi qaydadır. AHİK-də isə bu mexanizm yoxdur. Üzvlər bir manatın belə hara xərcləndiyini bilmir. Mən bu yazını AHİK rəhbərliyinin “izah vermək” adı altında əslində özünüifşa edən bəraət cəhdlərinə cavab olaraq qələmə alıram. Bu məsələ ictimai maraq kəsb etdiyi üçün araşdırmalarımı davam etdirəcəyəm, yeni faktlar toplayaraq ictimaiyyətə təqdim edəcəyəm. Bir daha açıq bəyan edirəm ki, AHİK-in maliyyə hesabatları tam şəffaf şəkildə açıqlanmayınca və üzvlərin haqqı qorunana qədər bu mövzudan geri çəkilməyəcəyəm!
Şərafəddin İlkin, Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Rəsul Rza” mükafatı laureatı.

MUASİRMEDİA.AZ