Astara şəhidi Hikmət Hidayətovun ad günüdür

Cəmiyyət

Bu gün Birinci Qarabağ müharibəsi şəhidi Hikmət Məhərrəm oğlu Hidayətovun doğum günüdür. Hikmət Hidayətov 1973-cü il sentyabrın 26-da Astara rayonunun Kakalos kəndində anadan olub. 1992-ci ilin iyun ayında Astara rayon hərbi komissarlığından ordu sıralarına hərbi xidmətə yola salınıb. 2 aprel 1993-cü ildə, Kəlbəcər işğal olunduqdan sonra Hikmət döyüşlərdə itkin düşüb.
MM.AZ
YAQUB MEHDİ OĞLU