Digər sahələrdə olduğu kimi Azərbaycan səhiyyəsi də dövlətin xüsusi diqqət mərkəzindədir.
Yeni tibbi avadanlıqlar, müasir tipli xəstəxanalar, bölgələrdə istifadəyə verilən sağlamlıq mərkəzləri bunun bariz nümunəsidir. Bütün bunlar insanlara yüksək səviyyəli tibbi xidmət göstərilməsi üçün yaradılıb. Amma təəssüf ki, dövlətin yaratdığı bu şəraitin üstünə kölgə salan tibb müəssisələri də var. 26 sentyabr 2025-ci il. Bacım Masallı Mərkəzi Rayon Xəstəxanasının göndərişi ilə müayinədən keçmək üçün Respublika Onkoloji Xəstəxanasına gətirildi. Əlbəttə, göndəriş onun pulsuz müayinə hüququnun təminatı idi. Diaqnostika korpusunda bacımı ginekologiya şöbəsinin həkimi Türkan Mansurovanın qəbuluna yönləndirdilər. Bir qədər sonra öyrəndim ki, həkim ondan 50 manat pul alıb. Bu xəbər məni həm təəccübləndirdi, həm də qəzəbləndirdi. Axı burada müayinə və analizlər sığorta paketinə daxildir və ödənişsiz olmalıdır! Etiraz etmək üçün həkimin otağına daxil oldum, nəyə görə 50 manat pul aldığına aydınlıq gətirməsini tələb etdim. Həkim isə arxayın şəkildə: “Qəbul ödənişlidir. Xoşunuza gəlmirsə, gedin kimə istəyirsiniz, şikayət edin, – dedi. Qanunun yanında olduğuma inanaraq baş həkimi əvəz edən Maisə Niftəliyevanın yanına getdim. Amma mənim gözümün qarşısında o, həkim Türkana zəng edib bacımın onkoloji xəstə olub-olmadığını sorusdu və “Əgər onkoloji xəstədirsə, yola ver, getsin. O biriləinə də pulun qarşılığını bildir” dedi… Fikir verirsinizmi? Mən rəhbərliyə həkimin qanunsuz pul almasını şikayət edirəm, rəhbərlik isə ölçü götürmək əvəzinə “yola ver, getsin” və “o birilərinə də bildir” də deyir. Yəni süni problem yaradılsın. Bu necə ola bilər? Burada qanunun sözü niyə işləmir? “Müəllim, gedin pulunuzu geri alın, daha nə istəyirsiniz? Xoşunuza gəlmirsə, gedin şikayət edin” – dedi. Mənsə “Qanunun tələbini, vəzifə borcunuzu layiqincə yerinə yetirməyinizi istəyirəm”– dedim. …Mənim otuz illik jurnalist fəaliyyətim var. Şair-publisistəm. Prezident mükafatçısıyam. Kifayət qədər tanınmış bir şəxs kimi hər zaman dövlətə və dövlətçiliyə xidmət etmişəm. Belə davranışı mənim şərəf və ləyaqətimin təhqiri kimi dəyərləndirirəm…. Amma geri dönəndə yeni bir haqsızlıqla üzləşdim. Artıq hamı məlumatlandırılmışdı. Ginekologiya şöbəsində mühafizəçi Cavanşir də (oğlumdan yaşca kiçik biri ) mənə kobud davrandı, üstümə yeriyərək küçə ifadəsi ilə ” İşverənsən də”– dedi. Ardınca mülki geyimdə Vidadi adlı birisi ( özünü mühafizənin rəisi kimi təqdim edən) gəldi və mühafizəcinin kobudluğuna haqq qazandırdı. Hətta “sən o qadını niyə itələdin?” deyə şər atmaq istədi. Mənsə kameraların hər şeyi göstərdiyini xatırladanda geri çəkildi. Gedərkən “Mühafizəçidən şikayət varsa, deməli bizim qanunumuzla işləyir” dedi. Hətta sonda Vidadi üzünü Cavanşirə tutub istehza ilə: “Keyf elə, oğulsan…” deyə təşəkkür də bildirdi. Hadisə 26 sentyabr saat 11–12 radələrində baş verib. Nəzarət kameralarının yaddaşına baxmaqla hər şeyə aydınlıq gətirmək olar. …Xəstəxana ümid yeridir. İnsan buraya canını, sağlamlığını qorumaq üçün gəlir. Amma mənim bacım – Masallıdan dövlət göndərişi ilə gələn bir xəstə, burada qanunsuz pul tələb olunma və rəhbərliyin biganəliyi və kobud davranışla qarşılaşdı. Burada qanunu pozan “yola verilir”, haqqını tələb edən isə təhqir olunur. Və ən acısı da budur: dövlətin yaratdığı şəraitin üstünə kölgə salanlar elə həmin divarların içindədir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb: “Vətəndaş məmnunluğu hər bir dövlət orqanının fəaliyyətinin əsas meyarı olmalıdır.” Əgər xəstənin haqqı tapdanırsa, qanun pozulursa, rəhbərlik isə buna “yola verin” deyə biganə qalırsa, deməli, dövlətin yaratdığı imkanları gözdən salan elə bu cür yanaşmadır. Mən tələb edirəm, bu hadisədə əli olan hər kəs qanun çərçivəsində məsuliyyətə cəlb olunsun. Xüsusilə də, məni küçə ifadələri ilə təhqir edən, dövlət tibb müəssisəsində vətəndaşa qarşı kobud davranan mühafizəçi Cavanşir və onun havadarları layiqli cəzasını alsın. Əks halda, bu kimi hallara göz yumulması insanlarda inamı sarsıdır və dövlətin yaratdığı şəraitin dəyərini kölgəyə salır. Əlaqədar təşkilatların faktları həssaslıqla araşdırıb, ədalətli qərar çıxaracağına ümid bəsləyirəm.

P. S Ordan Səhiyyə nazirliyinin 9103 qaynar xəttinə zəng edib, məlumat vermişəm. Hələ ki, cavab yoxdur.
MUASİRMEDİA.AZ