Onminlərlə körpə uşağın qatili olan Netanyahu İraqdakı şiə qruplarının liderlərini öldürməklə hədələyib

Dünya
İşğalçı İsrail rejiminin Baş naziri qeyd edib ki, əgər İraqda fəaliyyət göstərən şiə qüvvələrinin yəhudi ərazilərinə (oxu işğal edilmiş Fələstin əraziləri) hücum edəcəyi təqdirdə həmin qüvvələrin liderlərini öldürməyə hazırdır.
Netanyahu bu xəbərdarlığı BMT Baş Assambleyasında səsləndirib.
Netanyahu bu qrupların fəaliyyətini də İranla əlaqələndirib və İsrailin İslam Respublikasına qarşı 12 günlük hərbi əməliyyatını xatırladıb və bunu ölkəsi üçün tarixi uğur hesab edib. Bundan başqa, Netanyahu qeyd edib ki, İsrail son bir il ərzində Qəzzə zolağında və ondan kənarda Fələstinin HMS hərəkatının bir çox liderlərini, Livandakı şiə təşkilatı olan HZB-nin yüksək rəhbərliyini sıradan çıxarıb, Suriya və Yəmənə çoxsaylı zərbələr endirib. MM.AZ