Hər şey yuxu kimi başladı. Sanki yuxuda idik. Birdən oyandıq. Sən cəbhəyə getdin, biz isə sənin üçün dualar etdik. Cəbhədən gələn qələbə xəbərləri bizim ürəyimizə güc, könlümüzə inam verdi. Cəbhədə qazandığın qələbələr səni daha da möhkəmləndirdi, mətinləşdirdi. Alınmaz səngərə, keçilməz qalaya döndün.
Cəbhədən ismarladığın hər kəlmə sözün sinəmizdə dastana dönüb, fikrimizdə əsərə çevrildi.
Hər azad olunan doğma yurd yerlərində sən qətiyyətlə addımladın.
Ayrılığın üzü dönsün. Müharibə kimləri ayrı salmadı bir-birindən? Müharibə neçə evləri viran qoyub, neçə gözləri yaşlı qoymadı ki? O evlərin, o gözlərin sayı-hesabı varmı?! Səninlə birgə bizim də gözlərimiz cəbhəyə getdi. Nisgilin ürəyimizin acısı, hicranın həyatımızın ağrısı oldu.
Səni bir an da olsun unutmadıq. Səni hər gün xatırladıq. Səni hər an andıq.
Sən Qarabağı azad etdin. Tarix sənin adını öz şanlı səhifəsinə yazdı. Sən cəbhədən dönməyib, tarixə döndün, Şəhid!
MM.AZ
MM.AZ