2011- cü ilin əvvəllərində yeni vəzifəyə təyin olundum . AR DİN NBPİ – nin Cinayət Axtarış İdarəsində rəis kimi işə başladığım ilk gündə Baş İdarənin rəhbərliyi məni şəxsi heyətə təqdim etdi . Günün ikinci yarısında tanış olmaq üçün idarənin şəxsi heyətini öz iş otağımda qəbul etdim . Tutduqları vəzifəyə uyğun olaraq əməkdaşlar bir – bir ayağa qalxaraq özlərini təqdim edirdilər . Növbə polis polkovnik-leytenantına çatanda gözümə inanmadım :
– CAİ – nin baş əməliyyat müvəkkili polis polkovnik leytenantı Cabir – ona ardını söyləməyə imkan vermədim :
– İmanov Sizi tanımayan var ki ? Təqdimata ehtiyac yoxdur , əyləşin.
Birgə işlədiyimiz uzun illər boyu ondan heç bir narazılığım olmadı . Yüksək mədəniyyəti , nizam – intizamı ilə örnək olacaq , milyonların üzünə gülüş qonduran gülüş ustasının , xidmət vaxtı bircə dəfə olsun belə kiminləsə zarafat etməsini , deyib gülməsini müşahidə etmədim . İşində çox ciddi bir zabit kimi yaddaşımda yer etmiş Cabir İmanovun vaxtsız vəfatı məni çox sarsıtdı .
Allah rəhmət eləsin ,məkanı cənnət ruhu şad olsun .
MM.AZ
