Cabir İmanov təkcə səhnədə deyil, həyatda da çoxlarının sevimlisi idi

Cəmiyyət
Dərin kədər hissi ilə xalqımızın sevimli sənətkarı, tamaşaçıların qəlbində özünə xüsusi yer qazanmış Cabir İmanovun vəfat xəbərini qarşıladım.
Cabir İmanov təkcə səhnədə deyil, həyatda da çoxlarının sevimlisi idi. O, sadəliyi, mehribanlığı və insanlara olan diqqəti ilə yaddaşlarda qalıb. Səhnədə yaratdığı obrazlar isə onun peşəkar bir insan olduğunu göstərirdi.
Cabir İmanov xalqımız üçün sevilən aktyor, yaxınları üçün isə əvəzsiz bir insan olaraq daim hörmətlə anılacaq. Onun “Elşən”, “Ağanatiq” kimi obrazları xalq arasında yadda qaldı və Azərbaycan kinosunun unudulmaz səhifəsinə çevrildi.
Bu ağır itki qarşısında ailəsinə, yaxınlarına və bütün sənətsevərlərə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm. MM.AZ