Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli deyib ki, kitab sərgiləri cəmiyyətin mədəni həyatında mühüm hadisədir.
Onun sözlərinə görə, belə tədbirlər təkcə yeni kitabların təqdimatı deyil, həm də oxu mədəniyyətinin inkişafına, mütaliə vərdişlərinin güclənməsinə, elmi və ədəbi fikir mübadiləsinə geniş imkanlar yaradır.

-Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında kitab sənayesinin inkişafının dövlətimizin diqqət mərkəzində olduğunu deyib.
Bildirilib ki, müasir dünyanın aktual çağırışlarına uyğun olaraq builki sərgi “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr edilib. Oktyabrın 7-dək davam edəcək sərginin fəxri qonaq ölkəsi Qətər Dövlətidir. Sərgi çərçivəsində kitabsevərlər maraqlı tədbir və təqdimatlar, imza mərasimlərində iştirak edə bilərlər.

Fərid Cəfərov Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi adından sərginin iştirakçılarına uğurlar arzulayıb.
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev və Azərbaycan Nəşriyyatları Assosiasiyasının rəhbəri Şəmil Sadiq də çıxışlarında sərginin əhəmiyyətini vurğulayıblar.

MUASİRMEDİA.AZ