Salyan Tarix-Diyarşünaslıq Muzeyində vaxtilə müxtəlif sahələrdə çalışmış ahıllarla görüş təşkil olunub-FOTO

ölkə
1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə MİHİ Salyan Rayon Komitəsinin dəstəyi ilə Salyan Tarix-Diyarşünaslıq Muzeyində vaxtilə müxtəlif sahələrdə çalışmış ahıllarla görüş təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsinə həsr olunan sərgi ilə tanış olublar. Daha sonra iştirakçılarla səmimi söhbətlər aparılıb, onların həyat yolu, zəngin təcrübəsi və cəmiyyət üçün verdiyi dəyərli töhfələr qeyd olunub. Görüşdə vurğulanıb ki, ahıllar xalqımızın yaddaşı, ailələrimizin dayağı, gənc nəslin örnəyidir. Onların zəhməti və həyat müdrikliyi hər kəs üçün həmişə qiymətli nümunədir.

MM.AZ