XIV Lüdovik dövründə bir məhbus edama məhkum edilir və zindanda bir hücrədə saxlanılır. Edamına cəmi bir gecə qalmış məhbus hücrəsinin qapısının açıldığını görəndə təəccüblənir. Lüdovik mühafizəçiləri ilə içəri girir və ona deyir:
“Sanа bir şans verirəm, bacarırsansa, xilas ola bilərsən! Hücrəndə sahibsiz bir çıxış var, tapa bilsən qaça bilərsən. Əgər bacarmasan, sabah günəş doğanda keşikçilər gələcək və səni edam edəcəklər”.
Mühafizəçilər onun zəncirlərini açırlar. İmperator və mühafizəçiləri oranı tərk edir.
Həbs olunduğu hücrədə axtarışa başlayan məhbus döşəmədə köhnə xalçanın altında gizlədilmiş bir qapaq tapır. Qapağı açar-açmaz bir zirzəmiyə düşən pilləkən görür, sonra yenidən yuxarı qalxan başqa bir pilləkənlə rastlaşır.
Çöldən gələn havanı hiss edənə qədər dırmaşır. Nəhayət, özünü qalanın az qala görünməyən qülləsində tapır. Ayağı ilə divara toxunur və bir daşın tərpəndiyini hiss edir. O daşı yoxlamağa başlayır və onu tərpədir. Daşı götürəndə sürünmək üçün güclə sığışacaq qədər dar bir oyuq açılır.
Suyun səsini eşidəndə və qalanın bir çayın üstündə olduğunu anlayanda ümidlənir. Lakin sonda dəmir barmaqlıqlı, çayı görməyə imkan verən qapalı bir pəncərə ilə rastlaşır…
Beləcə bütün gecəni orada, ümid verən çıxış yollarını axtararaq keçirir. Amma hamısı nəticəsiz qalır. Nəhayət, gecə sona çatır və günəş pəncərədən doğur. Bu vaxt qapıda imperator görünür.
Məhbus isə təəccüblə soruşur:
“Bəs niyə mənə yalan dediniz, əlahəzrət?”
İmperatorun cavabı isə belə olur:
“Mən sənə qarşı dürüst idim!”
Məhbus:
“Hücrədə sınamadığım yer qalmadı axı?! Dediyiniz çıxış haradadır bəs?”
İmperator:
“Hücrənin qapısı açıq idi, heç bağlanmamışdı!”.
Bəli, insan oğlu həmişə özünü çətinliklərə salır və həyatda sadə olan şeylərə baxmır, heç baxmaq da istəmir. Biz həyatımızda həmişə çox şeyi çətinləşdiririk, sadə anıları görə bilmirik. Halbuki həyat bəzən sadəcə sadə düşünməklə asanlaşır.
MM.AZ
MM.AZ