Azərbaycan və Özbəkistan birgə U-20-lərin dünya çempionatına ev sahibliyi edəcəklər.
Bu barədə qərar FİFA-nın icraiyyə komitəsinin növbəti iclasında verilib.
Komitənin qərarına əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcək.
MM.AZ